Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Zəfər müjdəçisi Prezident İlham Əliyev

0

  •             Bu gün Azərbaycana
    Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyev başçılıq edir. Heydər
    Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Azərbaycan xalqının iradəsini
    ifadə edən İlham Əliyev müstəqil Azərbaycanın prezidenti, həm də dünya azərbaycanlılarının
    lideridir. Azərbaycanın yeni prezidenti İlham Əliyev bütün dünya tərəfindən
    qəbul olunan görkəmli və müasir dövlət xadimidir. O doğma Azərbaycanda böyük
    hörmətə və nüfuza malikdir. İndi Azərbaycan prezidentinin siyasi portreti bütün
    dünyada məşhurdur. lham Əliyev müəllifi Heydər Əliyev olan neft strategiyasının
    hazırlanmasında, bu siyasətin dünya meydanında uğur qazanmasında və gerçəkləşdirilməsində,
    həmin sahədə müxtəlif layihələrin hazırlanmasında, çox çətin diplomatik
    tapşırıqların yerinə yetirilməsində fəal iştirak etmiş, ölkəyə investisiya
    axınında mühüm rol oynamışdır. Onun ölkədə iqtisadi islahatların həyata
    keçirilməsində, müstəqil Azərbaycanın xarici ölkələrlə iqtisadi və mədəni əlaqələrinin
    genişlənməsində, xüsusilə neft-qaz yataqlarınının birgə işlənməsinə dair
    dünyanın qabaqcıl neft şirkətləri ilə tarixi müqavilələrin, o cümlədən
    Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri haqqında müqavilənin bağlanması və
    reallaşdırılmasında, ümumiyyətlə, Azərbaycan Respublikasının dünyaya
    inteqrasiyasında mühüm xidmətləri vardır. İlham Əliyevin böyük əməyi olan neft
    strategiyasının həyata keçirilməsi, beynəlxalq şirkətlərlə neft müqavilələrinin
    imzalanması nəticəsində 1994-2000-ci illərdə xarici şirkətlər Azərbaycana 800
    milyon ABŞ dolları məbləğində bonus vermişlər. Azərbaycanın neft sektorunda 30
    mindən artıq iş yeri açılmışdır.

               İlham
    Əliyev Milli Məclisin deputatı olduğu dövrdə geniş və çoxşaxəli fəaliyyət göstərmişdir.
    O, daim xalqın içərisində olmuş, onun problemlərini öyrənmiş, əhalinin sosial
    müdafiəyə ehtiyacı olan təbəqələrinə müntəzəm qayğı göstərmişdir. Həmin dövrdə
    İlham Əliyevin əhalinin müxtəlif təbəqələrinin nümayəndələrinə, qaçqınlara, məcburi
    köçkünlərə və Qarabağ müharibəsinin əlillərinə qayğısı, Qaradağ rayonununda və
    ölkənin digər bölgələrində apardığı böyük quruculuq işləri doğma xalqa göstərilən
    bu qayğının parlaq təzahürləridir. lham Əliyev uzaqgörən dövlət xadimi və siyasətçi kimi sağlam gənclik
    yetişdirmək, bununla da xalqımızın sağlam gələcəyini təmin etmək üçün idmanı
    ümumxalq hərəkatına çevirmək xətti yeridir. Onun təşəbbüsü ilə təkcə paytaxt
    Bakıda deyil, eyni zamanda regionlarda  da olimpiya idmanı-sağlamlıq
    komplekslərinin tikilib istifadəyə verilməsi, idmanın müxtəlif sahələrinin
    inkişafı üçün güclü maddi-texniki baza yaradılması xalqın sağlam gələcəyinə yönəlmiş
    müdrik siyasətin parlaq təzahürləridir. İlham Əliyev beynəlxalq münasibətlər
    tarixi sahəsində dərin biliyə malik olan peşəkar siyasətçi kimi dünya
    miqyasında böyük hörmət və nüfuz qazanmışdır. O, Azərbaycan nümayəndə heyətinin
    başçısı, yaxud üzvü kimi ABŞ, İngiltərə, Türkiyə, Fransa, Rusiya, Ukrayna,
    İsveçrə, Qazaxıstan, Özbəkistan, Slovakiya, Polşa, Gürcüstan və b. ölkələrdə rəsmi
    səfərlərdə, o cümlədən dövlət səfərlərində olmuş, bir çox beynəlxalq konfrans və
    konqreslərdə məruzələrlə çıxış etmişdir.

               Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf
    Konsepsiyası İlham Əliyevin ölkənin gələcək inkşafı məqsədilə göstərdiyi əsas
    strateji təşəbbüslərdən biri kimi qəbul olunur. Bu konsepsiyanın hazırlanması
    barədə müvafiq Sərəncam 29 noyabr 2011-ci ildə qəbul olundu və 29 dekabr
    2012-ci ildə isə qəbul olunmuş Fərmanla konsepsiya təstiq olundu. Konsepsiya
    2020-ci ilə qədər iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı və ictimai rifahın
    artırılması üçün tədbirlər və fəaliyyətlər nəzərdə tutur. BMT-nin Dayanıqlı
    İnkşaf Məqsədlərinin tətbiqi haqqında Azərbaycanın könüllü məruzəsinin qiymətləndirilməsində
    İlham Əliyev tərəfindən təstiqlənmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf
    Konsepsiyası uzunmüddətli milli istəkləri, sərmayəçilər üçün imkanları və bu məqsədlər
    barəsində əsas məsələləri əks etdirən strategiya kimi təsvir olunmuşdur. Eyni
    yanaşma 2015-ci il Dünya İqtisadi Forumu üçün hazırlanmış və Xarici Siyasət
    jurnalında nəşr olunmuş Məruzədə də qeyd olunmuşdur. İqtisadi sahədə
    ixtisaslaşmış “The Business Year” jurnalı İlham Əliyev tərəfindən təşəbbüs edilən
    konsepsiyanı Azərbaycanın milli iqtisadi maraqlarını qorumaq məqsədilə
    hazırlanmış ağıllı strategiya kimi qiymətləndirdi.
    O, sürətlə dəyişən çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində,
    bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda
    Azərbaycanın mənafelərini bütün sahələrdə uğurla müdafiə edir. İlham Əliyevin
    uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq və regional
    problemlərin həllində də rolu və nüfuzu getdikcə artır.

            Prezident
    İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın
    Müzəffər Ordusu 30 illik işğala son qoydu. Beləliklə, düşmənin illərlə yaratdığı
    “məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında
    fiaskoya uğradı, Ermənistan ordusu darmadağın edildi və “Dəmir yumruq”
    əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı. Geniş
    dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan Ali
    Baş Komandan İlham Əliyev müharibə dövründə onlarla müsahibələr vermiş, bəzi
    ermənipərəst jurnalistlərin təxribat dolu suallarına;
    tarixi faktlar və dəlillərlə cavablandırmışdır. Azərbaycan Prezidenti
    İlham Əliyev bir çox ölkənin və beynəlxalq təşkilatların fəxri adları və
    mükafatlarına layiq görülmüş, AŞPA-nın fəxri üzvü diplomu və medalı ilə təltif
    olunmuşdur.Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar
    və uzaqgörən, məqsədyönlü xarici siyasət sayəsində Azərbaycan Cənubi Qafqazda
    lider dövlətə çevrilmişdir.

     Rövşən Atakişiyev, Xocalı şəhər 2 saylı tam
    orta məktəbin Azərbaycan
    dili və Ədəbiyyat müəllimi

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib51 dəfə
    Zəfər müjdəçisi Prezident İlham Əliyev

    Maraqlı gələ bilər
    54
    50
    67